BURADA REKLAMINIZ OLA
BİLƏR

"Dini kəbin heç Quranda da yoxdur" - Elşad Miridən QALMAQALLI AÇIQLAMA

"İslamdakı kəbin anlayışı bu gün bizdə Ədliyyə Nazirliyinə məxsus olan dövlət qeydiyyatında həyata keçirilən nigahdır. Burada qadının da kişinin də haqqı qorunur. Boşanma və s. olduğu zaman insanların aliment, məskən - yaşayış, əmlak bölgüsü, uşaqların ana və ya ata da qalma məsələsi də həll edilir. Dini kəbin anlayışında bunlar varmı?! Əgər, rəsmi nigah varsa, dini kəbinə ehtiyac yoxdur. Bu dini kəbin anlayışı heç Quranda da yoxdur. Orada nigah sözü keçir. Nigah isə bizim bu gün bildiyimiz rəsmi şəkildə həyata keçirilən nigahdır". Bu fikirləri ilahiyyatçı Elşad Miri öz yutub kanalında paylaşıb. Bəs, İslamda "dini kəbin" anlayışı varmı? Məsələ ilə bağlı News24.az-ın sualını cavablandıran ilahiyyatçı, İmam Həsən məscidinin imamı (axundu) Hacı Eldayaq Hüseynov deyib ki, kəbin anlayışı təkcə Azərbaycanda deyil, bütün müsəlman ölkələrində, dini İslam olan inanclı insanlar tərəfindən qəbul edilmiş, danılmaz faktdır:

 

"Elşad Miri kimilərinin ortalığa düşüb, bu fikri inkar etməsi və ya islamda "dini kəbin" yoxdur deməsi ilə fundamental anlayışı inkar etmək olmaz. Əgər, hər şey Quranda varsa, mənə göstər prinsipilədirsə Uca Rəbbimiz "Namaz qılın" deyib. Ancaq namazı hansı qaydada, hansı şəkildə, hansı ritual formalarda qılmağımız hədisdə əks edilib. Bizə də Quran və Sünnə ikisi paralel olaraq tövsiyə edilib. Elşad Miri Ədliyyədə olan nigahla dini kəbini eyniləşdirib. Amma Azərbaycanda din dövlətdən ayrıdır, dövlətin öz qayda-qanunları var. Biz dövlətin qanunlarına uyaraq, İslamın təməl prinsiplərinə əsaslanmalıyıq".

 

Tarix: 15 Oktyabr 2024, 17:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin