Sosial şəbəkələrdə "Roman" adı ilə qadınları şantaj edən Yaşar Məmmədovun cinayət işinin məhkəmə baxış iclası keçirilib. Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ona qarşı irəli sürülən şantaj ittihamı üzrə özünü təqsirli bilməyərək zərərçəkən xanımlara qarşı hər hansı bir hədə qorxu gəlmədiyini deyib.
Onlardan əldə etdiyi pulları isə xanımlara məxsus müxtəlif sifarişlərlə bağlı aldığını deyib. Bununla da o, zərərçəkən xanımlara müxtəlif veb-xidmətlər göstərdiyini iddia edib. 19 yaşlı təqsirləndirilən Yaşar Məmmədov ona qarşı irəli sürülən 9 epizodun heç biri üzrə özünü təqsirli bilməyib.