Ali Məhkəmədə Cəlilabadda ögey anasını öldürməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Sabir Əsədovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsində Sabir Əsədovun şikayətini təmin etməyib.
Qeyd: 09 may 2021-ci il tarixdə saat 19 radələrində Cəlilabad rayonu, Zərbiəlli kənd sakini 1954-cü il təvəllüdlü Gülgəz Əsədovanın qeyri-aşkar şəraitdə xəsarət alması və aldığı xəsarətlər nəticəsində mayın 27-də ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu iş üzrə istintaq aparılsa da, cinayəti törətmiş şəxs müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.