Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda həmyaşıdını öldürən gəncin məhkəməsi başlayır

818
Paylaş:
Bakıda həmyaşıdını öldürən gəncin məhkəməsi başlayır

Bakıda qətl törətməkdə təqsirləndirilən Rəhim Əsədov cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.


Qeyd: Bu il iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”, – məlumatda qeyd olunub.


Bildirilib ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Rəhim Əsədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Kamal Məmmədov 

Paylaş:

Ən son xəbərlər