"Qadınlar cəmiyyətmizin dəyərli, eyni zamanda zəif həlqəsidir. Bütün dünyada belədir. Problem yarananda - bu iqlimlə bağlı olmaya da bilər, onu zəif həlqəyə ötürürük. Və ən böyük zərbə qadınlara dəyir".
Pravda.az xəbər verir ki, bu sözləri energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ADA universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfransda deyib.