Azad edilmiş ərazilərdə 4 il ərzində ilk dəfə olaraq həmkarımız mina qurbanı oldu.
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında yeni “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov deyib.