12-ci mərtəbədən yıxılan 10 yaşlı uşaq sağ qalıb. Azyaşlının babası "Xəzər Xəbər"ə bildirib ki, hadisə oktyabrın 1-də Xırdalanda uşağın valideynlərinin evdə olmadığı zaman baş verib.
Anasının gəldiyini görmək üçün eyvana çıxan azyaşlı müvazinətini itirərək 12-ci mərtəbədən yerə yıxılıb. Qonşuların səyi ilə xəstəxanaya yerləşdirilən uşaq 14 gün komada qaldıqdan sonra dünən ayılıb.