Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun ailəsinə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, şəhidin qardaşı Elnur Əkbərov dünyasını dəyişib.
Ötən gün axşam saatlarında onun halı qəfil pisləşib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin ehtimala görə, 38 yaşlı şəhid qardaşı ürəktutmadan vəfat edib.
