Bakının Xətai rayonu ərazisində sürüşmə baş verib. Bu barədə paytaxt sakinləri "Baku.ws"in "qaynar xətti"nə bildiriblər.
Qeyd edilib ki, bu gün saat 15 radələrində paytaxta yağan yağış nəticəsində Gəncə prospekti, 97 ünvanında yerləşən yaşayış binasının qarşısında torpaq sürüşüb. Nəticədə binanın arxasında istinad binası təhlükəli vəziyyətdə qalıb.