Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Arkoz Qazax Sement Zavodu barəsində protokol tərtib edildi

506
Paylaş:
Arkoz Qazax Sement Zavodu barəsində protokol tərtib edildi

"Arkoz Qazax Sement Zavodu" MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə,  Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Qazax Rayon Məhkəməsinin hakimi Nemət Musayevin icraatındadır. Baxış iclası oktyabrın 31-də keçiriləcək.

Xəyal Quliyev

Paylaş:

Ən son xəbərlər