Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Cahan Tabak Beynəlxalq" cərimələnir

582
Paylaş:
"Cahan Tabak Beynəlxalq" cərimələnir

"Cahan Tabak Beynəlxalq" MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalat Məcəlləsinin 507-ci (İdxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya olmadan idxalına görə inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən yüz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülsüm Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Xəyal Quliyev

Paylaş:

Ən son xəbərlər