Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “bəyaztv.az” saytının rəhbəri, 1972-ci il təvəllüdlü Bəhram Rüstəmovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, B.Rüstəmov müharibə iştirakçısı olan 10 nəfərə yaxın şəxsə əlillik dərəcələrinin alınması və ya əlilliyin bərpası vədi verib. O, həmin şəxslərdən xeyli miqdarda pul alıb.
Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Göygöl Rayon Şöbəsinin müdiri, Samux rayonu Sərkar kənd musiqi məktəbinin və həmin kənddəki orta məktəbinin direktorları da zərərçəkmiş şəxs qismində tanınıb.