Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Yanan zavodla bağlı RƏSMİ AÇIQLAMA

588
Paylaş:
Yanan zavodla bağlı   RƏSMİ AÇIQLAMA


Xəbər verildiyi kimi, Tovuz rayonu, Qovlar şəhərində zavodda baş vermiş yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

10:10

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Pravda.az-ın məlumatına görə, bu barədə FHN məlumat yayıb.

Hazırda yanğınla mübarizə tədbriləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:

Ən son xəbərlər