“İrşad Electronics”lə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.
Pravda.az Tribunainfo.az-a istinadən xəbər verir ki, elektronika mağazası İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 444.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə, şirkət altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.