Gürcüstanda fəaliyyət göstərən "Maarif" təşkilatının rəhbəri, tanınmış ziyalı Ələddin Qarabağlı dünyasını dəyişib. Bu barədə Axar.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Ələddin Qarabağlı təşkilatın ofisində baş verən yanğın nəticəsində ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Ofisdə yanğının qaz partlaması nəticəsndə baş verdiyi ehtimal olunur.
Ələddin Qarabağlı Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndində anadan olub. Ali təhsilini Gəncə Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsində alıb. O, Ağtəhlə, Qaratəhlə kəndlərində müəllim, dərs-hissə müdiri, uzun müddət məktəb direktoru işləyib. 2001-ci ildə "Maarif" qəzetini, azyaşlı soydaşlarımız üçün isə "Tumurcuq" uşaq qəzetini təsis edib.