Aparıcı Xəyalə Hüseynlinin başına iş gəlib. Onun at minmək həvəsi aparıcıya baha başa gəlib.
Belə ki, "Atçılıq mərkəzi"nə üz tutan Xəyalə atın üzərindən yıxılıb. Bu qənaətə səbəb isə onun sosial media hesabında at üzərində paylaşımları olub.
Səhhəti ilə bağlı məlumatı izləyiciləri bölüşən teleaparıcı paylaşımına "Bu gün də ölmədimsə, bir də çətin..." deyə, şərh yazıb.
Onun başından və qolundan xəsarət aldığı görülüb.