Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı “Qafqazinfo”ya bildirib ki, hadisə bu gün saat 06:40 radələrində rayonun “28 May” küçəsində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü A.H.-yə naməlum şəxs tərəfindən kəsici-deşici alətlə xəsarət yetirildiyi və xəstəxanaya yerləşdirildiyi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.