“RR Constructions” MMC 5 nəfərlik ailəni məhkəməyə verərək onları yaşadıqları evdən çıxarmağa çalışır.
Tribunainfo.az xəbər verir ki, tikinti şirkəti bu məqsədlə məhkəmədə Kazımlı Fatimə, Kazımov Elşad, Kazımova Münəvvər, Kazımlı Zəhra, Kazımlı Məryəm ilə bağlı iddia qaldırıb. İşin mahiyyəti mənzil mübahisəsidir. Tikinti irkəti 5 nəfərlik ailənin yaşadıqları mənzildən çıxarılmasını, mənzilə istfadə hüququna xitam verilməsini, mənzilə hüquqların itirilmiş hesab edilməsini tələb edir.