Lerikdə benzinlə ehtiyatsız davranma 2 yaşlı uşağın yanmasına, ata və ananın xəsarət almasına səbəb olub.
Hadisə Lerik rayonunun Blaband kənd ərazi vahidliyinə daxil olan Şinəbənd kəndində baş verib. Kənd sakini 1987-ci il təvəllüdlü Rüfət Güloğlan oğlu Abbasov, evdə odun peçini qalamaq üçün benzindən istifadə edib. Bu zaman peçdən çıxan alov ətrafa və yaxınlıqda olan uşaq 2022-ci il təvəllüdlü V.R.Abbaslının üzərinə düşüb. Uşağın anası 1989-cu il təvəllüdlü Afiqə İbrahim qızı Qasımova dərhal uşağın paltarlarını çıxarmağa çalışıb. Həmin anda ana da hər iki əlin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alıb. 2 yaşlı uşaq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, ilkin tibbi yardımdan sonra vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.