Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə Ağ Şəhər Yaşıl ada küçəsində yerləşən “Pubar” iaşə obyektində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü İsmayılov Fərid Vahid oğlu sözügedən obyektdə idman dərsi keçdiyi tələbəsinin döyüldüyü üçün qarşı tərəfə iradını bildirib.
Hələlik naməlum şəxs F.İsmayılovun əvvəlcə başına şüşə butulkanı çırpıb. Daha sonra bıçaqla ona xəsarət yetirilib. Ağır xəsarətlər alan F.İsmayılov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.