Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Əmisi oğlunun və gənc qızın ölümünə səbəb olan sürücüdən xəbər var

601
Paylaş:
Əmisi oğlunun və gənc qızın ölümünə səbəb olan sürücüdən xəbər var

Tərtərdə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qoşqar Quluzadənin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası oktyabrın 22-də təyin edilib. O, cəzalarının yüngülləşdirilməsini istəyir.


 
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbirinə dəyişdirilib və Qoşqar Quluzadə məhkəmə iclası zalında həbs edilib.

 
Qeyd: Hadisə 30 may 2023-cü il tarixdə, saat 18 radələrində Tərtər rayonunun Təzəkənd kəndi ərazisində baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Qoşqar Yaşar oğlu Quluzadə idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə idarəetməni itirərək ağaca çırpıb. Nəticədə avtomobildə olan sərnişinlər, onun əmisi oğlu, 1998-ci il təvəllüdlü Röyal Sevindik oğlu Quluzadə və həmin şəxsin tanışı, 2004-cü il təvəllüdlü Emilla Eminovna Ziyadova hadisə yerində ölüblər. Sürücü isə xəsarət alıb. Qoşqar Quluzadəyə qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər