Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Bakıda sürücü psixoloqun avtomobilini sıxdı, ərazini tərk etməyə qoymadı - VİDEO

910
Paylaş:
Bakıda sürücü psixoloqun avtomobilini sıxdı, ərazini tərk etməyə qoymadı -         VİDEO

Tanınmış psixoloq Gülnar Orucova təhqir edildiyini bildirir.

Bu barədə Pravda.az-a danışan psixoloq deyib ki, hadisə Bakının Biləcəri qəsəbəsində "Ağ Saray dairəsi" adlanan ərazidə baş verib.

O, avtomobilini sıxan sürücünün timsalında kişilərin qadınlara qarşı aqressiv olduğunu qeyd edib: "Qarşı tərəf maşınını "Ağ Saray" dairəsindəki ərazidə saxlayıb və avtomobilimi sıxıb. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə qədər şikayət etmişəm. Bir kişinin qadın sürücüyə qarşı belə hərəkət etməsi doğrudurmu? Polis niyə ölçü götürmək istəmir? Deyir ki, sürücünün belə etməsi normaldır. Bir insan mənə sataşır, sonra təhqiramiz sözlər deyir, polis isə deyir ki, heç nə edə bilərəm. Bu adamdan izahat belə almır. Bunu hansı haqla edirlər? Həmin ərazi elə yerdir ki, orada tədris mərkəzi yerləşir. Övladımı mərkəzə hazırlığa qoyuram. Həmin adam bu hərəkəti bir nəfərə yox, hər kəsə edəcək".

G.Orucova qeyd edib ki, hadisəni törədən şəxs keçmiş polis işçisidir: "Mənə deyir ki, polisəm. Halbuki hazırda təqaüddədir. İctimai asayiş pozulub? Pozulub. Məni təhqir edib? Edib. Amma deyir ki, maşını kənara çəkmirəm, get, nə edirsən, et. Qışqırıb, bağırıb. Ağzına gələni danışıb. Məni təhqir etməklə bərabər ictimai asayişi də pozub. Qanunla bu üç əmələ görə polis bölməsində bu adama izahat yazdırmaq düşmür? Bu insan desin ki, mən səhv etmişəm, xanımdan üzr istəyirəm. Bu adam etdiyi əmələ görə məndən niyə üzr istəməməlidir? Özünü elə göstərir ki. Mənə dedilər ki, o, polisdir, bilə-bilə maşını belə saxlayıb. Halbuki "polis" adından istifadə edir, hazırda işləmir, amma polis formasını avtomobilinin salonundan asıb. Mənə maraqlıdır, formanı maşından insanlara hədə-qorxu gəlmək üçün asıb? İnsan kimi mənə izah edə bilər ki, maşını necə saxlayım. Evi yolun digər tərəfindədir. Maşını həyətində də saxlaya bilər. Öz ərazisi olmayan yerə havadarlıq edir. Heç kimdə nəsə etmir, guya polisdir. Halbuki polis adından sui-istifadə edir. Şikayət etdiyim polis isə deyir ki, Məcəlləyə görə, belə bir qanun yoxdur ki, mən həmin adamı bölməyə aparım, yaxud izahat yazdırım. Deyir ki, şikayətçisən? Deyirəm ki, bəli. Cavab verir ki, nə olsun, şikayətçi olmağınızın heç bir mənası yoxdur. Qanunda belə şey var? Sonra da deyirlər ki, qadın sürücü qəza etdi. Deyir ki, mərkəzin həyətindəki digər qapıdan sür, arxaya sür get. Niyə? Axı qapı 60 santimetrlik bardürdür. Qapı açılır ki girim? Tutaq ki, həmin qapıdan keçdim. Maşını arxaya verəndə sənin "dörd təkər" qiymətində olan maşınını cızıb, sonra təmir etməliyəm? Niyə? Xeyirdirmi?"

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər