Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Elm və Təhsil Nazirliyinin milyonluq tenderinin qalibi məcburi auditdən yayındı

470
Paylaş:
Elm və Təhsil Nazirliyinin milyonluq tenderinin qalibi məcburi auditdən yayındı

"Azinvest Construction" MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun icraatındadır.

Qeyd: Şirkət 2022-ci ildə Elm və Təhsil Nazirliyinin ən böyük tenderlərinin qalibi olub. 

Xəyal Quliyev

Paylaş:

Ən son xəbərlər