Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Tanışını qətlə yetirən şəxsə nə qədər cəza verilib?

558
Paylaş:
Tanışını qətlə yetirən şəxsə nə qədər cəza verilib?

Şirvan Apellyasiya Masallıda tanışını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Höccət Sultanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.  

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin edilib.

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 18 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində Masallı şəhərinin ərazisində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Höccət Sultanov aralarında yaranmış mübahisə zəminində Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərimovu ürək nahiyəsindən bıçaqlayaraq öldürüb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)  maddəsi üzrə ittiham irəli sürülüb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər