Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Abid Şərifov: “Kaş ki, Allah Heydər Əliyevdən birini də bu xalq üçün yetirəydi"

1 338
Paylaş:
Abid Şərifov: “Kaş ki, Allah Heydər Əliyevdən birini də bu xalq üçün yetirəydi"

"Azərbaycan tarixində Heydər Əliyev kimi ikinci dahi şəxsiyyət olmayıb və bundan sonra da olmayacaq".

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın Baş Nazirinin sabiq müavini Abid Şərifov bildirib.

Uzun illər mərhum Heydər Əliyevlə bir komandada çalışdığını vurğulayan A.Şərifov bundan böyük iftixar hissi keçirdiyini söyləyib: "Rəhmətlik Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü böyük işləri heç bir lider edə bilməzdi. Heydər Əliyev bir möcüzə idi. Allah o kişiyə rəhmət etsin, qəbri nurla dolsun. Biz nə qazanmışıqsa, Heydər Əliyevin hesabına qazanmışıq. O kişi böyük şəxsiyyət idi. Kaş ki, Allah ondan birini də bu xalq üçün yetirəydi".Demokrat.az

Paylaş:

Ən son xəbərlər