“Dünya ulduzları yarıçılpaq səhnəyə çıxır, amma bizim müğənnilər, aktrisalarımız bir az açıq-saçıq geyinən kimi təəccüblənirlər. Niyə evdar qadınla səhnəyə çıxan qadınları eyni tutursunuz?” Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Cəmilə Tağızadə deyib.
O, sosial şəbəkələrdə sənət adamlarının müzakirə olunan açıq-saçıq geyimləri ilə bağlı tənqidi fikirlərə münasibət bildirib.