Baş Prokurluq paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində yağış suları ilə dolu tuneldə daha 1 nəfərin cəsədinin aşkar edilməsi barədə məlumat yayıb.
Baş Prokurluqdan verilən məlumata görə, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə 1 nəfərin cəsədinin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd olunan ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilən axtarış-xilasetmə işləri nəticəsində daha bir nəfərin - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bütün zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir.
***
16:20
Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.