"Telefonla danışırsan, adama elə gəlir ki, dünən görüşmüsən. Bu yaxınlarda bir məkanda oturmuşdum, gördüm iki xanım oturub, əllərində telefon. 2 saat biri də baş qaldırıb birinin üzünə baxmadı. Telefon yaxşı şeydi, amma ünsiyyət də gözəldir. Təcrid olursan hər şeydən. Mesaj yazışmalarında lüğətimizə, qramatikamıza yad hərflərdən istifadə olunur".
Pravda.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "İncə səhər" verilişində deyib. Müğənni telefonun insanlar arasında ünsiyyəti azaltmağından danışıb.