Ucarda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Belə ki, hadisə oktyabrın 21-də axşam saatlarında rayonun Alpout kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Ucarın Qazıqumlaq kənd sakini, 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi "Peugeot" markalı avtomobil qarşıda gedən "KamAZ"a çırpılıb. Sonradan "Peugeot" markalı avtomobil tamamilə yanıb.
Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri, 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim Allahverdiyev hadisə yerində yanaraq ölüblər. Digər sərnişin, 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.