Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Məhkəmə maşınla qadının ölümünə səbəb olan sürücü ilə bağlı qərar çıxardı

489
Paylaş:
Məhkəmə maşınla qadının ölümünə səbəb olan sürücü ilə bağlı qərar çıxardı

Gəncə Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Talıb Mamedovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə ötən il Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Göygöl rayonu ərazisindən keçən 366-cı kilometrliyində qeydə alınıb. Belə ki, Talıb Mamedov idarə etdiyi “Mercedes Benz 208D” mikroavtobus markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun sağ kənarında saxlanılan “VAZ 21013” markalı maşınla toqquşub. Nəticədə “VAZ”da olan qadınlardan biri yerləşdirildiyi xəstəxanada ölüb. Hadisədən sonra Talıb Mamedov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. Göygöl Rayon Məhkəməsinin hökmü ilə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər