Gəncədə qohumu bıçaqlamaqda təqsirləndirilən Elmixan Həsənovun təqsirləndirilən Samir Hüseynovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 10 ay 4 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: 2023-cü il yanvarın 19-da Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə 1986-cı il təvəllüdlü şəhər sakini Sərxan Orucovun qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S Orucovu bıçaqlamaqda şübhəli bilinən şəhər sakini Elmixan Həsənov saxlanılaraq istintaqa təhvil verilib. İstintaq zamanı məlum olub ki, Elmixan Həsənov qohumu Sərxan Orucovu bıçaqlayan zaman onun əmisi oğlu Həmid Orucovu da döyüb.
Kamal Məmmədov