Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Azərbaycanda hamilə həkim koronavirusa yoluxdu

1 069
Paylaş:
Azərbaycanda hamilə həkim koronavirusa yoluxdu

Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında daha bir həkim koronavirusa yoluxub.

Pravda.az-ın xəbərinə görə, 1984-cü il təvəllüdlü onkoloq İndira Səfərova COVID-19 daşıyıcısı olaraq hamiləliyinin 37-ci həftəsində uşaq dünyaya gətirib, ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpə tam sağlamdır. Onkoloqun vəziyyəti artıq yaxşılaşıb.

Qeyd edək ki, bu klinikanın həkimləri arasında artıq COVID-19-a ikinci yoluxma halıdır. Ötən gün Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti, tanınmış həkim-onkoloq Fikrət Namazov koronavirusdan vəfat edib. F.Namazovun ürəyində stend olması onun bu xəstəliklə mübarizə aparmasına problem yaradıb.News24

Paylaş:

Ən son xəbərlər