Xəbər verdiyimiz kimi, Bakıya yağan güclü yağışlar səbəbindən Sabunçu rayonu Asəf Əsədullayev küçəsindəki tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq həyatını itirib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tunelin tikintisi zamanı nöqsanlara yol verildiyi barədə açıqlaması isə müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə tuneli tikən şirkət “Körpü Bina Tikinti” MMC-yə qarşı ciddi etirazlar səsləndirilib, şirkətin fəaliyyətinin araşdırılması tələb olunub.
Pravda.az səslənən etirazlarla bağlı “Körpü Bina Tikinti” MMC-nin rəhbərliyindən mövqe öyrənməyə çalışıb.