"Kanallardan qəlbim sındı. Fikir versəniz görərsiniz ki, indi çox verilişə getmirəm. Çünki çətin günümdə hamısı məni vurdu. Bircə dövlət kanalı etmədi. Bütün özəllər reytinq üçün mənim problemimdən istifadə etdi". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli aparıcı Lamiyə Ələkbərovanın "Səhər görüşləri" verilişində deyib. Müğənni keçmiş gəlini Canana ilə yaşadığı problemin efirdə nümayiş etdirilməsinə əsəbiləşdiyini bildirib.
M.İsgəndərli əlavə edib ki, buna görə aparıcılardan inciyib:
"Biri mənə dayaq olmadı ki, xalqın sənətkarıdır, sənət yolunda 30 ildir külüng döyüb. Nə vaxt çağırmışıq gəlib, yuxusuz, yorğun olmasına baxmayaraq... Bəzən yuxusuz olmuşam, çağırılmışam deyə özümü fəda etmişəm. Amma çətin günümdə heç kim dayaq olmadı. Kimin evində söz-söhbət olmur? Tanınmışam deyə yayıldı. Məni də Allah yaradıb, problemlərim var. Mənim də övladlarım var, anayam. Özümü düşünmürdüm, doğmalarım bilirsiniz necə əziyyət çəkirdilər? Atam oturub hönkür-hönkür ağlayırdı, dünyasını dəyişdi. Hər elə söhbət olanda qohumlarım əsəb keçirirdilər.