Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Toros"a yazılan protokola baxılacaq tarix açıqlandı - Əmək hüquqları pozulub

670
Paylaş:
"Toros"a yazılan protokola baxılacaq tarix açıqlandı -     Əmək hüquqları pozulub

"Toros" Firmasına yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə noyabrın 5-də baxılacaq.

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Xəyal Quliyev

Paylaş:

Ən son xəbərlər