Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Xəstəxana işçisi döyüldü, gənc oğlu əlini bıçağa atdı – CƏZA

471
Paylaş:
Xəstəxana işçisi döyüldü, gənc oğlu əlini bıçağa atdı –     CƏZA

Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Əlövsət Məmmədlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ona şərti cəza verilib.

İttihama görə, hadisə bu il Zərdab-Ucar avtomobil yolunun üzərində yerləşən “Kür” adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb. Belə ki, Zərdab rayon sakini, 2006-cı il təvəllüdlü Əlövsət Məmmədlinin Zərdab rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında sürücü vəzifəsində işləyən atası iş yoldaşı, zərərçəkmiş Ramazan Səfərli (şərti) tərəfindən döyülüb. Buna görə təqsirləndirilən şəxs ondan qisas almaq niyyəti ilə yaşadığı evindən mətbəx bıçağı götürüb və Ramazanı görüşə çağırıb. Söhbət zamanı Əlövsət bıçaqla zərərçəkmiş şəxsə bir zərbə endirərək ona xəsarət yetirib. Hadisədən sonra Əlövsət Məmmədli saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər