Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Məhkəmə kafedə həmyerlisini döyən şəxslə bağlı qərar çıxardı

458
Paylaş:
Məhkəmə kafedə həmyerlisini döyən şəxslə bağlı qərar çıxardı

Şəki Apellyasiya Məhkəməsində xuliqanlıqda və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Xəlil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protest və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət və protestin baxılmasına xitam verilib, Zərdab Rayon Məhkəməsinin çıxardığı qərar ləğv edilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Ucar Rayon Məhkəməsinə, məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilib.

İttihama görə, hadisə 2022-ci ildə Zərdab şəhəri, Yeni qəsəbədə yerləşən “Taxtalı” adlı kafedə qeydə alınıb. Belə ki, rayon sakini Xəlil Məmmədov həmyerlisi Əsgər Əsgərovun (şərti) heç bir səbəb olmadan əlləri və stul ilə bədəninin baş və digər nahiyələrindən qəsdən vuraraq ona xəsarət yetirib. Bundan başqa, Zərdab rayon İcra və Probasiya bölməsi tərəfindən axtarışa verilən Xəlil Zərdab RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri ərazisində saxlanılıb və rayona gətirilib.  Zərdab rayonu ərazisində olarkən təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirib. Onun üzərinə Zərdab RPŞ-də şəxsi axtarış keçirilən zaman çəkisi 0,302 qram psixotrop maddə olan metamfetamin istifadə etdiyi “Samsung A10” markalı mobil telefonun kabrosunun içərisindən aşkar edilərək götürülüb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər