“Hicaz” markalı kolbasa və ət məhsulları istehsalçısı “Hicaz 313” MMC ilə bağlı cərimə protokolu tərtib edilib. Tribunainfo.az xəbər verir ki, MMC-nin İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Kolbasa istehsalçısı ilə bağlı iş baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilib. 31 oktyabr tarixində hakim Elçin Ağayevin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, hüquqşünaslar bu maddənin pozulması ilə şirkətlərin cərimələnməsini haqlı hesab edirlər. Mütəxəssislər bildirir ki, hər bir şirkətin, sahibkarın borcudur ki, mal barədə əvvəlcədən gömrük orqanlarına elektron məlumat versin: