Bakıda sürücünün kobud qayda pozuntuları anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 18-də, paytaxtın İnşaatçılar prospektindən başlayıb.
Belə ki, 90-BN-500 qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı avtomobilin sürücüsü svetoforun əlavə bölməsinin yanmasını gözləyən zaman qəfildən hərəkətə başlayıb. Məlum olub ki, o, sağ zolaqla hərəkət edən "Changan" markalı avtomobilin xanım sürücüsünü izləyirmiş.