Şəmkirdə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Yusif Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Roman Ələkbərlinin icraatına verilib.
Qeyd: Hadisə bu ilin iyulunda Şəmkir rayonunun “Şəhərcik” adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Yusif Məhərrəmov mübahisə zamanı həyat yoldaşı, 2006-cı il təvəllüdlü Laləzər Əhmədovanı bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olub. Daha sonra Yusif Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib və onun barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov