Oktyabrın 22-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yolu kəsən şəxslər həbs ediliblər. "Qafqazinfo" xəbər verir ki, qəsəbə sakinləri olan 1991-ci il təvəllüdlü M.Hüseynov və T.Məmmədli (şərti ad və soyad) inzibati məsuliyyətə cəlb olunublar.
Belə ki, həmin şəxslər evlərinə yağış sularının ziyan vurduğunu bildirərək Binə qəsəbəsinə gedən yolu avtomobillərlə kəsiblər və asfalt yolda olan kanalizasiya quyusunun qapağını açıblar. Təxminən 5 dəqiqə ərzində nəqliyyatın hərəkətinin intensiv olduğu yolda tıxac yaranıb və əraziyə polislər gəliblər.