Bakıda şirkətlərin birində həyat yoldaşının sevgilisini döyən qadına hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1984-cü ildə Bakı şəhərində anadan olmuş M.N. adlı qadın Bakıda fəaliyyət göstərən şirkətlərin birini ofisində A.N. adlı qadını döydüyü üçün saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb.
M.N.-nın A.N.-nı qısqanclıq səbəbindən döyməsi məlum olub. Belə ki, M.N.-nın Elnur adlı həyat yoldaşı ilə A.N. arasında sevgi münasibəti olub.
Qadın onların münasibətlərini sonlandırmaq üçün bıçaq götürərək şirkətə gedib. Onlar arasında əvvəlcə mübahisə olub və daha sonra M.N. əli ilə sonuncunun bilək nahiyəsindən dartaraq, ona xəsarət yetirib. Nəticədə zərərçəkmişin sağlamlığına yüngül zərər dəyib.