Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudov qətlə yetirilib. “Qafqazinfo”nun məlumatına görə, onun 1987-ci il təvəllüdlü həyat yoldaşı Raidə Mahmudova tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlumata görə, Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr yetirilib və çarpayıdan yerə itələnməsi nəticəsində aldığı xəsarətlərdən ölüb.