Bakıda dayənin üç yaşlı uşağa fiziki zorakılıq tətbiq etdiyi anların videosu yayılıb. Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə dayənin uşağı döydüyü və ona fiziki işgəncə verdiyi açıq-aşkar görünür.
Hadisə ictimaiyyət arasında geniş rezonans doğurub və sosial media istifadəçiləri dayəyə qarşı sərt tədbirlər görülməsini tələb ediblər.