Oktyabrın 24-ü saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Pravda.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 68 yaşlı Həziyev Səfəralı Məstalı oğlunun idarə etdiyi "Hyundai Elantra” markalı avtomobil taxta dolu yükü daşıyan "KamAZ”a çırpılıb.
Ağır bədən xəsarətləri alan S.Həziyev hadisə yerində ölüb.

