Sumqayıt şəhərinin bir hissəsini içməli su ilə təmin edən su kəmərində təmir bərpa işləri ilə əlaqədar bəzi ərazilərdə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Bu ərazidə su olmayacaq
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Pravda.az-a verilən məlumata görə, Sumqayıt şəhərinin bir hissəsini içməli su ilə təmin edən su kəmərində təmir bərpa işləri ilə əlaqədar 28.10.2024-cü il tarixində səhər saat 09:00-dan axşam saat 23:00-a qədər 9-cu mikrorayonun bir hissəsi, Qızıl Qum Qəsəbəsi, Köhnə Corat qəsəbəsinin bir hissəsi, Bağlar ərazisinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Məlumata görə, Təmir işləri yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.