"Bundan sonra verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam!". Pravda.az azxeber-ə istinadla bildirir ki, bu sözləri aparıcı, prodüser Tarix Əliyev sosial media hesabında canlı yayım zamanı deyib.
"Həmin müğənniləri verilişimə çağırmayacağam"
Hər iki müğənni ilə də dostluq münasibətlərinin olduğunu deyən Tarix, onların arasındakı söz-söhbətdən yorulduğunu bildirib:
"Bundan sonra verilişimə nə Vəfanı, nə də Şəbnəmi çağırmayacağam. Hər ikisi ilə də dostam, o öz yerində. Amma bu söz-söhbətlər bitməyənə qədər onlar qonağım olmayacaq".