“Sevgi bir bəladır. Həm gözəl hissdir, həm də yaradıcı insan üçün vacibdir, bir tərəfdən də mənim üçün səhvdir”.
Bu sözləri müğənni Rahidə Baxışova qonaq olduğu “Həmin Zaur” verilişində deyib.
Sənətçi şəxsi həyatı və sənəti ilə bağlı arzularını dilə gətirib:
“Həyatımda bir çox şeylər var ki, onun yoxluğu ilə hələ də barışa bilmirəm. Amma bu haqda danışmaq istəmirəm. Bu günlərə çox şükürlər olsun, həyat davam edir. Gözəl istəklərim, arzularım var sənətim və şəxsi həyatımla bağlı. Ona doğru addımlayıram. Hamının həyatında təəssüfləndiyi hansısa məqamlar var”.