Dövlət Əmək Müfəttişliyi Xidməti və "Azercell Telekom" arasında məhkəmə çəkişməsi davam edir.
Pravda.az-ın xəbərinə görə, Xidmətin iddiası üzrə növbəti məhkəmə prosesi Nəsimi Rayon Məhkəməsinin hakimi Vüsalə Musayevanın sədrliyi ilə noyabrın 5-də keçiriləcək.
Bu iş üzrə Bakı Şəhəri 32 saylı Notariat Kontoru da məhkəməyə verilib.
