2000-ci il təvəllüdlü qadın dünən saat 07:00 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Sabirabad Regional Perinatal Mərkəzin Doğum şöbəsinə hospital izasiya olunub.
TƏBİB-dən bildirilib ki, ona 40-41 həftəlik hamiləlik diaqnozu təyin edilib.
Baş tutan doğuş nəticəsində çəkisi 4 kq., boyu 52 sm. olan körpə dünyaya gəlib. Daha sonra vəziyyəti ağır olan ananın müayinələri və müalicəsi davam etdirilib. Sonra reanimasiya şöbəsinə yerləşdirilib. Süni tənəffüs aparatı ilə ağciyərlərin ventilyasiyası davam etdirilib.